Facebook Pixel Code
Avdalar
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

84.Avdallar - İrəvan quberniyasının İrəvan qə­zasında, keçmiş Ellər (Abovyan) rayonunda, indi Kotayk vilayətində kənd. Vilayət mərkəzi Kotayk (Ellər) şəhərindən 58 km cənub-qərbdə, İrəvan şəhərindən 11-12 km şimalda, dəniz səviyyəsin­dən 1400 m hündürlükdə yerləşir. Kəndin digər adı "Abdalar"dır (415, s. 44). Burada 1873-cü ildə 59, 1886-cı ildə 112, 1897-ci ildə 115, 1904-cü ildə 131, 1914-cü ildə 194, 1916-cı ildə 192 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 44- 45, 124-125). 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, 1918-19-cu illərdə Türkiyənin Van əyalətindən köçürülüb gətirilən ermənilər burada yerləşdiril­mişdir. Sağ qalan kənd sakinləri indiki Ermənis­tan ərazisində sovet hakimiyyəti qurulandan sonra öz yurdlarına qayıda bilmişlər. Ermənilərlə yanaşı, burada 1922-ci ildə 29, 1926-cı ildə 7, 1931-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır (415, s. 45, 125). SSRİ Nazirlər Sovetinin Ermə­nistan ərazisindən azərbaycanlı əhalinin Azər­baycanın Kür-Araz ovalığına köçürülməsi haq­qında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, 1948-49-cu illərdə azərbaycanlılar Azər­baycana köçürülmüşdür. Hazırda kənddə ermə­nilər yaşayır. Toponim abdal türk tayfasının adına (355, s. 165) cəm bildirən "-ar" şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. "Abdallara, abdal tayfalarına mənsub kənd" mənasını verir. Etno- toponimdir. Ermənistan SSR AS RH-nin 4 aprel 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilib "Hatsavan" qoyulmuşdur. "Ermənistan Respubli­kasının inzibati-ərazi bölgüsü haqqında" 7 no­yabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Ko­tayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 120).

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow