Facebook Pixel Code
Bayandur Şörəyel
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Bayandur - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayonunda, indi Şirak vilayətində kənd. Vi­layət mərkəzi Gümrü şəhərindən 16 km cənub-qərbdə, dəniz səviyyəsindən 1480 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi keçmiş Leninakan rayonunun tərkibində olmuşdur. "İrəvan əyalətinin icmal dəftəri"ndə Bayandırlı forma­sında (143, s. 131) qeyd edilmişdir. 1828-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. Ermənilər burada 1828-1830-cu illərdə Qars, Muş və Ərzu­rumdan köçürülüb yerləşdirilmişdir (415, s. 40; 416, s. 43). Hazırda kənddə yalnız ermənilər yaşa­yır. Toponim bayandur qədim türk tayfasının adı (399, s. 56) əsasında əmələ gəlib, "bayandur tay­fasının yaşadığı kənd" mənasını bildirir. "Ermənis­tan Respublikasının inzibati-ərazi bölgüsü haq­qında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 43).

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow