Facebook Pixel Code
Azadeğ
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Azadek (Azadyer) - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, keçmiş Paşalı (Vayk) rayonunda, indi Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Yeğeqnadzor (Keşişkənd) şəhə­rindən 24 km şimal-qərbdə, Arpaçayın sağ sahi­lində, dəniz səviyyəsindən 1625 m hündürlükdə yerləşir. Kəndin adı erməni müəlliflərinin əsərlə­rində Azatak, Azader, Azad, Azadak formala­rında da qeyd edilir (427, s. 39, 41). Kəndin ilkin adı Azatak olmuşdur (416, s. 8). Burada 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. 1828-1829-cu illərdə ermənilər buraya İranın Xoy və Səlmas vilayətlərindən köçürülüb yerləşdirilmişdir (427, s. 41; 416, s. 8). Kənddə İrandan 1831-ci ildə kö­çürülmüş 33, Səlmas vilayətindən 1842-ci ildə köçürülmüş 37 erməni ailəsi yaşamışdır (Dərələyəz mahalının kameral təsviri, 2017, s. 110, 195). Burada ermənilərlə yanaşı, 1897-ci ildə 20, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, s. 88-89). 1930-cu ildən burada yalnız er­mənilər yaşayır. Kəndin adının yaranması ilə bağlı erməni müəlliflərin əsərlərində göstərilir ki, bura gələn ermənilər azader (azad idi) deyərək kəndi "Azadeğ" adlandırmışlar (427, s. 41). Bu, elmi həqiqətə uyğun deyil. Yaşayış məntəqəsinin adı qədim türk dillərində "kiçik, kiçildilmiş" mənalarında işlənən "aza" sözü ilə qədim türk dilində işlənən "dağ" sözünün fonetik variantı kimi işlənən "tak/dak" sözündən əmələ gə­lib, "kiçik dağ yanında salınmış kənd" mənasını ifadə edir. "Ermənistan Respublikasının inziba­ti-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Vayotsdzor vilayəti­nin inzibati ərazisinə daxil edilmişdir (416, s. 8).

Coğrafi koordinatları: 39°39' şm. e., 45°26' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow