Facebook Pixel Code
Xeyribəyli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Xeyirbəyli - İrəvan quberniyasının Eçmiəd­zin qəzasında, keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, indi Armavir vilayətində kənd. Vilayət mərkəzi Armavir (Sərdarabad) şəhərin­dən 43 km cənub-qərbdə, Araz çayının sol sahi­lində, dəniz səviyyəsindən 975 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 264). Kənddə 1831-ci ildə 301, 1873-cü ildə 342, 1886-cı ildə 379, 1897-ci ildə 466, 1908-ci ildə 414, 1914-cü ildə 438, 1916-cı ildə 416 nəfər yalnız azərbaycanlı yaşa­mışdır (415, s. 62-63, 138-139). 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və kəndə ermənilər köçürülmüşdür. Kəndi tərk et­miş sakinlərdən sağ qalanlar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 334 azərbaycanlı, 11 erməni, 1926-cı ildə 266 azərbaycanlı, 116 erməni, 1931-ci ildə 327 nəfər azərbaycanlı, 119 erməni yaşamışdır (415, s. 62-63, 138-139). SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında 23 dekabr 1947-ci il tarixli qərarına əsasən, kəndin əhalisi zorla Azərbaycana depor­tasiya edilmişdir. Hazırda kənddə ermənilər ya­şayır. Toponim "xeyirbəyli" nəsil adı əsasında əmələ gəlib, "xeyirbəyli nəslinin yaşadığı kənd" mənasını ifadə edir. Erm. SSR AS RH-nin 25 may 1967-ci il tarixli qərarı ilə kəndin adı dəyişdi­rilərək "Yervandaşat" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edil­mişdir (416, s. 75).

Coğrafi koordinatları: 40°06' şm. e., 43°40' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow