Facebook Pixel Code
Haçakilsə
Baxış sayı: 101
  • Ünvan:
    0000
Avtobus

Haçakilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Artik rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 23 km cənub-şərqdə, dəniz səviyyəsindən 2020 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Xaçkilsə" kimi qeyd edilmişdir (143, s. 127). Kənddə əv­vəlcə azərbaycanlılar yaşamış, ermənilərin böl­gədə məskunlaşdırılmasından sonra əhalisi təd­ricən kəndi tərk etmişdir. Toponim "cüt, qoşa", "bir-birinə yaxın sivri uclu, şiş təpəli iki fiziki- coğrafi obyekt" mənasında işlənən "haça" (xaça) sözü ilə (278, s. 147) "dini məbəd" mənasını bil­dirən "kilsə" sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürək­kəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə adı dəyişdi­rilərək "Paros", 30 yanvar 1961 -ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək "Nahabetavan" qoyul­muşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzi­bati ərazisinə daxil edilmişdir (416, s. 143).

Coğrafi koordinatları: 40°36' şm. e., 44°01' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/