Facebook Pixel Code
Ağbulaq
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ağbulaq - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, Krasnoselsk rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 68 km şimal-şərqdə, dəniz səviyyəsindən 2150 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 119), Qafqazın 5 verstlik xəritəsində (348, s. 4) qeyd edilmişdir. Kənddə 1831-ci ildə 136, 1873-cü ildə 422, 1886-cı ildə 575, 1908-ci ildə 940, 1914-cü ildə 982, 1919-cu ildə 1329 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 30-31, 114—115). 1919-cu ilin fevral-mart aylarında kəndin əhalisi ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermə­nistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma yurd­larına qayıtmışlar. Kənddə 1922-ci ildə 1053, 1926-cı ildə 1229, 1931-ci ildə 1392 (415, 31, 115; 416, s. 14), 1939-cu ildə 1504, 1959-cu ildə 1141, 1970-ci ildə 1563, 1979-cu ildə 1450 nəfər (427, s. 166; 416, s. 14) yalnız azərbaycanlı yaşa­mışdır. 1988-ci il noyabrın 24-dən 28-dək Ermə­nistan dövləti tərəfindən gecə saat 1-3 radələrində kəndin əhalisi tarixi-etnik torpaqlarından vəhşicəsinə qovulmuşdur. Hazırda orada ermə­nilər yaşayır. Toponim "içməyə yararlı, keyfiyyətli su" mənasında işlənən "ağ" sözü ilə "bulaq" hidroniminin birləşməsindən əmələ gəlmişdir. Kən­din ərazisində XVII—XVIII əsrlərə aid tarixi abi­dələr indi də qalır. Erm. SSR AS RH-nin 3 aprel 1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdi­rilərək "Ağberk" edilmişdir. "Ermənistan Respub­likasının inzibati-ərazi bölgüsü haqqında" 7 no­yabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 14).

Coğrafi koordinatları: 40°31'47" şm. e., 45°16' 46" ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow