Facebook Pixel Code
Kiçik Məzrə
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Bala Məzrə (Kiçik Məzrə) - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 92 km cənub-qərbdə, Məzrə çayının yanında, dəniz sə­viyyəsindən 1930 m hündürlükdə yerləşir. "İrə­van əyalətinin icmal dəftəri"ndə "Məzrə" forma­sında (143, s. 62), Qafqazın 5 verstlik xəritəsində Bala Mazra kimi (348, s. 164) qeyd edilmişdir. Kəndin bir adı da Qulu ağalı olmuşdur (348, s. 164). Burada 1831-ci ildə 227, 1873-cü ildə 675, 1886-cı ildə 978, 1897-ci ildə 1200, 1908-ci ildə 1658, 1914-cü ildə 1731, 1916-cı ildə 1375 nəfər azərbaycanlı yaşamışdır (415, s. 26-27, 112-113). 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermə­nistan ərazisində sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları kəndə qayıda bilmişlər. 1922-ci ildə burada 359, 1926-cı ildə 653, 1931-ci ildə 912 (415, s. 27, 113), 1959-cu ildə 1092, 1970-ci ildə 1652, 1979-cu ildə 1831 (416, s. 203), 1987-ci ildə 2000 nəfər (85, s. 290) azərbaycanlı yaşamışdır. 1988-ci il noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən azərbaycanlılar tarixi-etnik torpaqla­rından qovulmuşdur. Hazırda kənddə ermənilər yaşayır. Kəndin ərazisində X-XII əsrlərə aid alban kilsəsi, IV-VII əsrlərə aid oğuz qəbiristanlığı var­dır. Toponim ərəb dilində "əkilmiş yer, sürülüb toxum səpilmiş tarla" mənasında işlənən "məzrə" (məzru) sözü əsasında (104, s. 343) formalaşmış­dır. "Bala" fərqləndirici əlamət bildirən sözdür. Er­məni dilinə kalka edilərək "Pokr Mazra" kimi işlə­dilir. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 203).

Coğrafi koordinatları: 40°15' şm. e., 45°43' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow