Facebook Pixel Code
Çinarlı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Çinarlı - Yelizavetpol (Gəncə) quberniyası­nın Qazax qəzasında, keçmiş Şəmşəddin (Berd) rayonunda, indi Tavuş vilayətində kənd. Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 78 km şərqdə, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşa­mış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Burada ermənilərlə yanaşı, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır (415, s. 74-75). Hazırda kənddə yalnız ermənilər yaşayır. Toponim "çi­nar" ağac adına "h" şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Erməni müəlliflərinin əsərlə­rində "Çinari" formasında qeyd edilir (415, s. 74; 266, s. 225). Hazırda erməni dillində rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı "Çinari" kimi yazılır. "Ermənistan Respublikasının inziba­ti-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Tavuş vilayətinin in­zibati ərazisinə daxil edilmişdir (416, s. 164).

Coğrafi koordinatları: 40°50' şm. e., 45°34' ş. u.

 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow