Talıboğlu - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Artik rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 16 km cənubda, dəniz səviyyəsindən 1540 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 236). Ədirnə müqaviləsinə (1829) əsasən, ermənilərin İrəvan xanlığının ərazisinə köçürülüb məskunlaşdırıl- masından sonra kəndin aborigen sakinləri olan azərbaycanlılar Türkiyəyə köç etmişlər. Toponim "Talıboğlu" nəsil adı əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 15 iyul 1948-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Lusakert" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 93).
Coğrafi koordinatları: 40°40' şm. e., 43°52' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/