Facebook Pixel Code
Daharlı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Daharlı - İrəvan quberniyasının Aleksandro­pol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayo­nunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 9 km cənub-qərbdə, dəniz səviyyəsindən 1460 m hündürlükdə yerlə­şir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, er­mənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir. 1937-ci ilə kimi keçmiş Leninakan rayonunun tərkibində ol­muşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s. 73) qeyd edilmişdir (348, s. 73). Toponim qa­raqoyunlu türk tayfasının bir qolu olan "duharlı" etnonimi (238, s. 158) əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 7 dekabr 1945-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Qetk" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi böl­güsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazi­sinə daxil edilmişdir (416, s. 59).

Coğrafi koordinatları: 40°44' şm. e., 43°47' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow