Oxçoğlu - Qars vilayətinin Qars qəzasının Şörəyel nahiyəsində, keçmiş Amasiya rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Arpaçayın sağ sahilində, Gümrü şəhərindən 10 km şimal-qərbdə, dəniz səviyyəsindən 1630 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 197). Erməni müəlliflərinin əsərlərində kənd sakinlərinin qa- rapapaqlar olduğu göstərilir (415, s. 20). Qara- papaqlar müstəqil xalq yox, azərbaycanlıların etnoqrafik qrupu, türk tayfalarından biridir. Kənddə 1886-cı ildə 551, 1897-ci ildə 747, 1908-ci ildə 935, 1914-cü ildə 980 nəfər azərbaycanlı yaşamışdır (415, s. 20-21, 104-105). Kənd 1918- cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur.ci ilin fevralında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisinin bir qismi Qars vilayətinə, bir qismi isə İranın Gümrüdəki konsulluğu vasitəsilə bu ölkənin Urmiya və Səlmas əyalətlərinə köç etmişdir. 1921 -ci il Qars müqaviləsindən sonra kənd əhalisinin bir qismi kəndə qayıtmışdır. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra, həmin müqaviləyə əsasən, kənd Ağbaba nahiyə sinin tərkibində Aleksandropol qəzasına daxil edilmişdir. Kənddə 1922-ci ildə 453, 1926-cı ildə 704, 1931-ci ildə 893 (415, s. 20-21, 104-105), 1939-cu ildə 1093, 1959-cu ildə 1032, 1970- ci ildə 1412, 1979-cu ildə 1504 (416, s. 161), 1987-ci ildə 1670 nəfər (85, s. 381) azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonu - 1989-cu ilin əvvəllərində azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. Hazırda kənddə, əsasən, Gürcüstanın Axılkələk, Boqdanovka (Ninosminda) rayonlarından, Gümrü şəhərinin ətraf kəndlərindən köçüb gələn ermənilər məskunlaşmışlar. Toponim "Kitabi-Dədə Qorqud" dastanında (XII boy) adı çəkilən "Ənsə Qoca oğlu Oxçu" adının əsasında formalaşan "oxçuoğlu" etnonimindən əmələ gəlmişdir. "Oxçu" şəxs adı sonralar etnonimə çevrilmişdir. Erm. SSR AS RH-nin 3 aprel 1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Voxçi" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 161).
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/