Facebook Pixel Code
Nurnus
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Nurnus - İrəvan quberniyasının İrəvan qə­zasında, keçmiş Ellər (Abovyan) rayonunda, indi Kotayk vilayətində kənd. Vilayət mərkəzi Hraz­dan (Axta) şəhərindən 20 km şimal-qərbdə, də­niz səviyyəsindən 1450 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmiş­dir (348, s. 191). Kəndin adı erməni müəllifləri­nin əsərlərində "Nornus" formasında da qeyd edilib (415, s. 46). Kənddə 1873-cü ildə 372, 1886-cı ildə 416, 1897-ci ildə 550, 1904-cü ildə 457, 1914-cü ildə 512, 1916-cı ildə 642 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qala­raq deportasiya olunmuş və Türkiyədən köçü­rülən ermənilər kənddə yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti quru­landan sonra sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişlər. Burada ermənilərdən başqa, 1922-ci ildə 52, 1926-cı ildə 61, 1931-ci ildə 96 nəfər azərbaycanlı yaşamışdır (415, s. 46-47, 126-127). SSRİ Nazirlər Sovetinin "Kolxozçu­ların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il ta­rixli qərarına əsasən, kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Ha­zırda kənddə yalnız ermənilər yaşayır. Toponim qədim türk dillərində "göl" mənasında işlənən "nur/nor" sözündən (339, s. 397; 2, 308) və ərəb dilində "ucu şiş minərəli tikinti" mənasında iş­lənən "naus" (nus) sözündən əmələ gəlib, "göl, arx kənarında tikinti" mənasını bildirir. Toponi­min tərkibindəki "nur/nor" sözü Azərbaycan di­lində "nohur" (arx, gölməçə) formasında işlənir. Hazırda erməni dilində olan rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı eynilə "Nurnus" kimi yazılır. "Ermənistan Respublikasının inzibati-əra­zi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s.153-154).

Coğrafi koordinatları: 40°2Г şm. e„ 44°36' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow