Gözəldərə - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Araqats (Ələyəz) rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 55 km şimal-qərbdə, Qınxdəyirman kəndinin yaxın¬lığında, dəniz səviyyəsindən 2190 m hündürlükdə yerləşir. 15 mart 1972-ci ildə Araqats ra-yonu təşkil edilənə kimi Abaran rayonunun tərkibində olmuşdur. Kənddə 1831-ci ildə 63, 1873-cü ildə 413, 1886-cı ildə 509, 1897-ci ildə 618, 1914-cü ildə 413 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 45, 96-97). Kəndin köklü sa¬kinləri olan azərbaycanlılar 1918-ci ildə erməni silahlı birləşmələri tərəfindən soyqırımına məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuş və 1919-1920-ci illərdə Türkiyənin Muş, Bitlis, İranın Xoy və Səlmas vilayətlərindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. Hazırda kənddə ermənilər yaşayır. Toponim Azərbaycan toponimiyasında "axar-baxarlı, cəlbedici, füsunkar, gözəl təbii mənzərəsi olan" mənasında işlənən "gözəl" sözü ilə Azərbaycan dilində "iki dağ arasında, düzənlikdə dərin çuxur" mənasında işlənən "dərə" sözünün birləş¬məsindən formalaşmışdır. Erm. SSR AS RH-nin 15 iyul 1946-cı il tarixli qərarı ilə adı dəyişdirilərək "Gexadzor" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə da¬xil edilmişdir (416, s. 53).
Coğrafi koordinatları: 40°37' şm. e., 44°10' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/