Facebook Pixel Code
Ağkənd
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Ağkənd - Yelizavetpol (Gəncə) quberniyası­nın Zəngəzur qəzasında, keçmiş Sisian rayo­nunda, indi Sünik vilayətində kənd. Vilayət mərkəzi Qapan şəhərindən 109 km şimal- qərbdə, Bazarçayın sağ qolu, Sisian çayının sol qolu olan Taxtakörpü çayının aşağı axarında, də­niz səviyyəsindən 1680 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 5). Kənddə 1828-ci ilə kimi azərbaycanlı­lar yaşamışdır. 1828-1829-cu illərdə İranın Xoy və Səlmas vilayətlərindən köçürülüb gətirilən ermənilər bu kənddə yerləşdirilmiş (427, s. 295) və azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzası­nın yaradılmasından sonra yaşayış məntəqə­si Ermənistanın inzibati ərazisinə daxil edilmiş­dir. Toponim "kiçik" mənasında işlənən "ağ" sözü ilə (94, s. 68) "kənd" coğrafi nomeninin birləşmə­sindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 17 aprel 1948-ci il tarixli qərarı ilə kəndin adı dəyiş­dirilərək "Aşotavan" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmiş­dir (416, s. 22).

Coğrafi koordinatları: 39°28'35" şm. e., 45°59' 52" ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow