Facebook Pixel Code
Aşağı Talin
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Aşağı Talın - İrəvan quberniyasının Eçmiəd- zin qəzasında, keçmiş Talın (Talin) rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mər­kəzi Aştarak (Əştərək) şəhərindən 48 km şi­mal-qərbdə, dəniz səviyyəsindən 1585 m hün­dürlükdə yerləşir. Kəndin digər adı "Türk Tatar Talım" olmuşdur (415, s. 34). Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 236). Kənd­də 1873-cü ildə 248, 1886-cı ildə 253, 1897-ci ildə 418, 1908-ci ildə 376, 1914-cü ildə 400, 1916-cı ildə 471 nəfər yalnız azərbaycanlı yaşa­mışdır (415, s. 34-35, 118-119). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sa­kinləri - azərbaycanlılar tarixi-etnik torpaqların­dan deportasiya olunmuş, oraya Türkiyədən kö­çürülüb gətirilən ermənilər yerləşdirilmişdir (415, s. 119). Hazırda kənddə ermənilər və yezidi kürd­lər yaşayır. Toponim Azərbaycan toponimiya­sında fərqləndirici əlamət bildirən "aşağı" sözü ilə türk dilində "söyüd ağacı, söyüd kolu" məna­sında işlənən "tal" sözündən (341, s. 182; 337, s. 235) və türk dilində "daxma, koma, mağara, kaha" mənasında işlənən "in" sözündən (299, s. 209) əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı də­yişdirilərək Nerkin Talin qoyulmuşdur. "Ermənis­tan Respublikasının inzibati-ərazi bölgüsü haq­qında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 81).

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow