Facebook Pixel Code
Əliqulukənd
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Əliqulukənd (Əliquluşen) - Yelizavetpol (Gəncə) quberni­yasının Zəngəzur qəzasında, keçmiş Gorus rayo­nunda, indi Sünik vilayətində kənd. Gorus şəhə­rindən 8 km şərqdə yerləşir. Kəndin başqa adı Əliqulukənd, Aşağı Əliqulu, Əliquluuşağı olmuş­dur (427, s. 40, 86). 1921-ci il avqustun 31-də sovet Ermənistanında Zəngəzur qəzasının yara­dılmasından sonra yaşayış məntəqəsi Ermənis­tanın inzibati ərazisinə daxil edilmişdir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, 1831-ci ildə er­mənilərin bölgədə məskunlaşdırılmasından son­ra əhalisi tədricən kəndi tərk etmişdir. Kənd Əli­qulu adlı şəxs tərəfindən salındığı üçün "Əliqu- luşen/Əliqulukənd" adlanmışdır. Toponimin bi­rinci komponenti Əliqulu şəxs adından, ikinci komponenti türk dilində "tikinti, kənd, oba, yurd" mənasında işlənən "şen" sözündən ibarət­dir. Erm. SSR AS RH-nin 1 iyun 1940-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Azataşen" qo­yulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il ta­rixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzi­bati ərazisinə daxil edilmişdir (416, s. 26).

Coğrafi koordinatları: 39°29' şm. e., 46°25' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow