Facebook Pixel Code
Vağudi
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Vağudi -Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, keçmiş Sisian rayonunda, indi Sünik vilayətində kənd. Vilayət mərkəzi Qa­pan şəhərindən 95 km şimal-qərbdə, Bazarçayın sol sahilində, Ağudi kəndindən 3 km məsafədə, dəniz səviyyəsindən 1575 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra ya­şayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd olunmuşdur (348, s. 47). Vağudi adlı 3 kənd olmuşdur: I Vağudi, II Vağudi, III Vağudi (415, s. 76). Vağudi kəndi həmin üç Vağudi adlı kənd­lərin birləşməsindən yaranmışdır. Kənddə 1831-ci ildə 44,1873-cü ildə 653,1886-cı ildə 926,1897-ci ildə 1286, 1908-ci ildə 1395 nəfər azərbaycan­lı yaşamışdır (415, s. 76-77, 146-147). Erməni silahlı dəstələri ilk dəfə 1905-ci ildə kəndə hü­cum edərək kütləvi qırğınlar törətmiş və sakinlə­ri qovmuş, vəziyyət sabitləşəndən sonra kəndin sağ qalan əhalisi geri qayıda bilmişdir. 1918-ci ildə erməni silahlı birləşmələri azərbaycanlılara qarşı yenidən qırğınlar törətmiş, əhalini kənddən didərgin salmışdır. Bundan sonra xaricdən köçü­rülüb gətirilən ermənilər kəndə yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyə­ti qurulandan sonra azərbaycanlılar öz kəndlə­rinə dönə bilmişlər. Kənddə ermənilərlə yanaşı, 1922-ci ildə 131, 1926-cı ildə 226, 1931-ci ildə 336 (415, s. 76-77, 146-147), 1987-ci ildə 700 nəfər (85, s. 182-183) azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonlarında kənddə yaşayan 2000-ə yaxın azərbaycanlı əhali qırğınlar törədən Er­mənistan dövləti tərəfindən qovulmuşdur. İndi kənddə yalnız ermənilər yaşayır. Kəndin adı "Ağudi" toponiminin əvvəlinə "v" samitinin artı­rılması əsasında yaranmışdır. "Ağudi" toponimi ilə "Vağudi" toponimi eyni semantiк xüsusiyyətə malikdir (Bax: Ağudi). Erm. SSR AS RH-nin 3 ap­rel 1991-ci İl tarixli qərarı ilə kəndin adı dəyişdi­rilərək "Vağatin" qoyulmuşdur. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmiş­dir (416, s. 186).

Coğrafi koordinatları: 39Q30' şm. e., 46°07' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow