Facebook Pixel Code
Damcılı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Damcılı - İrəvan quberniyasının Eçmiədzİn qəzasında, keçmiş Abaran rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 27 km şimal- şərqdə, Abaran çayının sağ sahilində, Alagöz dağının ətəyində, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 110) qeyd edilmişdir. XIX əsr rus mənbələrində kəndin adı Tamceli/Damcalu formasında qeyd olunmuşdur (Сборник сведений о Кавказе, т. V, Тифлис, 1879, №329). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir. Ermənilər bu kəndə İrandan 1828-ci ildən sonra köçürülmüşdür (386, s. 587-590). Toponim "az sulu bulaq", "quyu tipli kiçik bir mənbənin müəyyən vaxtda verdiyi su" mənasında işlənən "damcı" sözünə (339, s. 171, 543) "-h" şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Mravyan" qoyulmuşdur. Hazırda kənd "Yeğipatruş" adlandırılır. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 72).
Coğrafi koordinatları: 40°32' şm. e., 44°28' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow