Şirəqala (Şirəkqala) - İrəvan quberniyasının Eçmiədzİn qəzasında, keçmiş Abaran rayonunda, indi Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Aştarak (Əştərək) şəhərindən 16 km şimalda, Abaran çayının sağ qolu üstündə, Duluçay çayının sahilində, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Abaran nahiyəsində Şirəqala" kimi qeyd edilmişdir (143, s. 112), Erməni müəlliflərinin əsərlərində 1914-cü ildə kənddə 1172 nəfər azərbaycanlının yaşadığı göstərilir (415, s. 97). 1918-ci ildə kənddə yaşayan azərbaycanlılar qırğınlar nəticəsində tarixi-etnik torpaqlarından deportasiya olunmuş, İran və Türkiyədən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmişdir. Hazırda kənddə ermənilər yaşayır. Toponim "gil növü, mavi gil" mənasında işlənən "şirə" sözünə (253, s. 133), "istehkam, müdafiə tikilisi", "həbsxana, zindan" mənasında işlənən "qala" sözünün qoşulması nəticəsində əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 15 iyul 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Vardenut" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 191).
Coğrafi koordinatları: 40°28' şm. e., 44°21' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/