Facebook Pixel Code
İlxıyabı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

İlxıyabı - İrəvan quberniyasının Aleksand- ropol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 10 km cənub-şərq­də, dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi keçmiş Leninakan rayo­nunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində (348, s. 102), erməni müəlliflərinin əsərlərində (415, s. 122; 427, s. 226) "İlxıabi" formasında qeyd edilmişdir. Kəndin köklü sa­kinləri azərbaycanlılar olmuşdur. 1830-cu ildə Türkiyənin Ərzurum vilayətindən köçürülüb gə­tirilən ermənilər burada yerləşdirilmişdir (416, s. 17). Ermənilərin bölgədə məskunlaşdırılma- sından sonra kəndin azərbaycanlı əhalisi tədri­cən yer-yurdlarını tərk etmişdir. Hazırda kənd­də yalnız ermənilər yaşayır. Toponim "ilxı" sözü ilə Azərbaycan dilində "at" mənasında işlənən "yabı" sözünün birləşməsindən əmələ gəlmişdir. "At ilxısı olan yer" mənasını bildirir. Erm. SSR AS RH-nin 26 aprel 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Ayqabats" qoyulmuşdur. "Er­mənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 17).

Coğrafi koordinatları: 40°42' şm. e., 43°54' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow