Facebook Pixel Code
Cil
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Cil - İrəvan quberniyasının NovoBəyazid qəzasında, Krasnoselsk rayonunda, indi Geğar­kunik vilayətində kənd. Vilayət mərkəzi Qavar (Kəvər) şəhərindən 82 km şimal-şərqdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 2040m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritə­sində qeyd edilmişdir (348, s. 82). Türk tarixçisi Fahrettİn Kırzıoğlu "Cilkəndi" formasında qeyd edir (160 a). Krasnoselsk rayonu yaradılana qə­dər (31.12.1937) keçmiş Basarkeçər rayonunun tərkibində olmuşdur. Tarixi mənbələrdə kəndin XII əsrdə salındığı göstərilir (Erməni Sovet Ensiklo­pediyası, IX c., İrəvan, 1983, s. 514). Kənddə 1831-ci ildə 265, 1873-cü ildə 287, 1886-cı ildə 587,1897-ci ildə 736, 1904-cü ildə 975,1914-cü ildə 1035, 1916-cı ildə 893, 1919-cu ildə 888 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s. 26- 27, 112-113). 1919-cu ilin yazında kənd sakin­ləri erməni silahlı birləşmələrinin təcavüzünə mə­ruz qalaraq qovulmuşlar. İndiki Ermənistan ərazi­sində sovet hakimiyyəti qurulandan sonra onlar doğma yurdlarına qayıda bilmişlər. 1922-ci ildə burada 697, 1926-cı ildə 824, 1931-ci ildə 1041 (415, s. 26-27), 1939-cu ildə 1226, 1959-cu ildə 1170,1970-ci ildə 1606,1979-cu ildə 1519 nəfər (416, s. 169) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri Ermə­nistan dövləti tərəfindən deportasiya olunmuş­dur. Hazırda orada ermənilər yaşayır. Toponim Azərbaycan dilində "torpağın üstünü basan sü- pürgəvari ot" mənasında işlənən "cil" sözü (12, s. 480, 484) əsasında əmələ gəlmişdir. "Ermənis­tan Respublikasının inzibati-ərazi bölgüsü haq­qında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsa­sən, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 169). Coğrafi koordinatları: 40°27' şm. e., 45°27' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow