Facebook Pixel Code
Aşağı Türkmənli
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Aşağı Türkmənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Üçkilsə (Vağarşabad) rayonunda, Armavir vilayətində kənd. Vi­layət mərkəzi Armavir (Sərdarabad) şəhərindən 35 km cənub-şərqdə, Böyük Qarasu çayının ya­nında, dəniz səviyyəsindən 835 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində "Türk­mənli" formasında qeyd edilmişdir (348, s. 248). Ermənilər kəndə 1915-1920-ci illərdə Türkiyənin Sürməli vilayətinin Baharlı kəndindən köçürülüb yerləşdirilmişdir (416, s. 93). Toponim Azərbay­can dilində fərqləndirici əlamət bildirən "aşağı" sözü ilə "-li" mənsubluq şəkilçisi qəbul etmiş qı­zılbaşların "türkmən" etnonimindən (175, s. 18) əmələ gəlib, "Türkmən tayfasının yaşadığı kənd" anlamını verir. Erm. SSR AS RH-nin 3 yanvar 1935-ci il tarixli qərarı ilə kəndin adı dəyişdi­rilərək "Lusagyuğ" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Armavir vilayətinin inzibati ərazisinə daxil edil­mişdir (416, s. 93).

Coğrafi koordinatları: 40°05' şm. e., 44°15' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow