Facebook Pixel Code
Aşağı Ağdan
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Aşağı Ağdan - Yelizavetpol (Gəncə) quber­niyasının Qazax qəzasında, keçmiş Karvansara (İcevan) rayonunda, indi Tavuş vilayətində kənd. Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 11 km şimalda, dəniz səviyyəsindən 650 m hün­dürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlı­lar yaşamış, ermənilərin bölgədə məskunlaşdı- rılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Toponim türk dilində "kiçik, alçaq, çox da hündür olmayan" mənasında işlənən "ağ" sözü ilə (94, s. 68) "çöl, səhra, açıq yer" məna­sında işlənən "dan" sözünün (287, s. 470) birləş­məsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 25 may 1967-cı il tarixli qərarı ilə kəndin adı də­yişdirilərək Morut, 11 noyabr 1970-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək Aknaxbyur qo­yulmuşdur. "Ermənistan Respublikasının inzibati- ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il ta­rixli yeni Qanuna əsasən, Tavuş vilayətinin inzi­bati ərazisinə daxil edilmişdir (416, s. 11).

Coğrafi koordinatları: 40°57' şm. e., 45°09' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow