Facebook Pixel Code
Qaladərəsi
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Qaladərəsi - Yelizavetpol (Gəncə) quberni­yasının Zəngəzur qəzasında, keçmiş Gorus rayo­nunda, indi Sünik vilayətində kənd. Gorusdan 21 km məsafədə, dəniz səviyyəsindən 1350 m hün­dürlükdə yerləşir. 1921-ci il avqustun 31-də so­vet Ermənistanında Zəngəzur qəzasının yaradıl­masından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s. 109). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Türkmənçay müqaviləsinə (1828) əsasən, ermənilə­rin bölgədə məskunlaşdırılmasından sonra əhali tədricən kəndi tərk etmişdir. Toponim ərəb dilin­də "möhkəmləndirilmiş yer, şəhər" mənasında işlənən "qala" sözü ilə (299, s. 410) Azərbaycan dilində "iki dağ və ya təpə arasında, düzənlik­də uzun, dərin çuxur" mənasında işlənən "dərə" sözünün (10, s. 74) birləşməsindən əmələ gəlib, "dərədə yerləşən qalanın yanında olan kənd" mənasını ifadə edir. Kəndin yerində salınan kənd hazırda "Halidzor" adlanır. "Ermənistan Respub­likasının inzibati-ərazi bölgüsü haqqında" 7 no­yabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s.116.) Coğrafi koordinatları: 39°24' şm. e., 46°17' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow