Yaycı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, keçmiş Gorus rayonunda, indi Sünik vilayətində kənd. Vilayət mərkəzi Qapan şəhərindən 79 km şimalda, dəniz səviyyəsindən 1730 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd olunmuşdur (348. s. 305). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məs- kunlaşdırılmasından sonra əhali tədricən kəndi tərk etmişdir. Toponim "yaycı" türk tayfasının adı (321, s. 74) əsasında əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 3 iyul 1968-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək "Harjis" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 130).
Coğrafi koordinatları: 39°26' şm. e., 46°13' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/