Facebook Pixel Code
Əskipara
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Əskipara - Tiflis quberniyasının Borçalı qə­zasında, keçmiş Barana (Noyemberyan) rayo­nunda, indi Tavuş vilayətində kənd. Vilayət mərkəzi İcevan (Karvansara) şəhərindən 31 km şimal-qərbdə, dəniz səviyyəsindən 850 m hün­dürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlı­lar yaşamış, ermənilərin bölgədə məskunlaşdı- rılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Toponim türk dilində "qədim, köhnə" mənasında işlənən "əski" sözü ilə "torpaq sahəsi" (339, s. 428), "yarı hissə" (278, s. 120) mənasında işlənən "para" sözünün birləşməsindən əmələ gəlmişdir. Kəndin adı dəyişdirilərək "Voskepar" qoyulmuşdur. "Ermənistan Respublikasının inzi­bati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Tavuş vilayətinin inzi­bati ərazisinə daxil edilmişdir (416, s. 162).

Coğrafi koordinatları: 4Г03' şm. e., 45°03' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow