Facebook Pixel Code
Gümüş
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

 Gümüş - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Axta (Hrazdan) rayonunda, indi Kotayk vilayətində kənd. Vilayət mərkəzi Hrazdan (Axta) şəhərindən 16 km cənub-qərbdə, Zəngi çayının yanında, Alapars kəndinin yaxınlığında, dəniz səviyyəsindən 1480 m hündürlükdə yerləşmir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 79), Qafqazın 5 verstlik xəritəsində (348, s. 71) qeyd edilmişdir. Kənddə 1831 -ci ildə 48, 1873-cü ildə 295, 1886-cı ildə 311, 1914-cü ildə 796 nəfər azərbaycanlı yaşamışdır (415, s. 16-17, 100-101). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlarla qovulmuşdur. Kənddə ermə¬nilər məskunlaşdırılmışdır. Ərazidə gümüş, filiz yataqları olduğu üçün kənd "Gümüş" adlandırılmışdır. Erm. SSR AS RH-nin 3 aprel 1991 -ci il ta¬rixli qərarı ilə kəndin adı dəyişdirilərək "Karenis" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 109).

Coğrafi koordinatları: 40°23' şm. e., 44°36' ş. u.

 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow