Güllücə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, keçmiş Ellər (Abovyan) rayonunda, indi Kotayk vilayətində kənd. Vilayət mərkəzi Hrazdan (Axta) şəhərindən 50 km cənub-qərbdə yerləşir. "İrəvan əyalətinin icmal dəftərində (143, s. 80), Qafqazın 5 verstlik xəritəsində (348, s. 71) qeyd edilmişdir. Kənddə 1873-cü ildə 273, 1886-cı ildə 397, 1897-ci ildə 524, 1904-cü ildə 516, 1914-cü ildə 846 nəfər azərbaycanlı yaşamışdır (415, s. 46-47, 126-127). 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. Sonradan azər¬baycanlıların az bir qismi öz evlərinə qayıda bil-mişdir. Burada 1926-cı ildə ermənilərlə yanaşı, 21 nəfər azərbaycanlı yaşamışdır (415, s. 46-47). 1929-1930-cu illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından tamamilə qovulmuşlar. Hazırda orada ermənilər yaşayır. Toponim "güllü, çiçəkli" mənasını bildirən "güllü" sözünə "-cə" şəkilçisinin artırılması ilə düzəlib. Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il tarixli qərarı ilə kəndin adı
dəyişdirilərək "Zovk" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 175).
Coğrafi koordinatları: 40°12' şm. e., 44°41' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/