Facebook Pixel Code
Xanazak
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Xanazax (Xanazak) - Yelizavetpol (Gəncə) quberniya­sının Zəngəzur qəzasında, keçmiş Gorus rayo­nunda, indi Sünik vilayətində kənd. Gorus şəhərin­dən 37 km məsafədə yerləşir. 1921-ci il avqustun 31-də sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermə­nistanın inzibati ərazisinə daxil edilmişdir. Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 22, 1873-cü ildə 200 nəfər azərbaycanlı yaşamışdır (415, s. 112).1877-1878-ci illərdə azərbaycanlılar kənddən sıxışdırılıb çıxarılmışdır. Hazırda orada ermənilər yaşayır. Toponim mənşəcə fars dilinə mənsub olan "ev" mənası bildirən, türk dillərində "kənd", "yaşayış yeri" mənasında işlənən "xana" (339, s. 590) sözü əsasında formalaşmışdır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqın­da" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsa­sən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 6).

Coğrafi koordinatları: 39°36' şm. e., 46°23' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow