Yasovul - İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Düzkənd (Axuryan) rayonunda, indi Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 11 km şimal-şərqdə, dəniz səviyyəsindən 1750 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. "İrəvan əyalətinin icmal dəftərində qeyd edilmişdir (143, s. 132). Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Ədirnə müqaviləsinə (1829) əsasən, ermənilərin Türkiyədən köçürülüb məskunlaşdırılmasından sonra əhali tədricən kəndi tərk etmişdir. Toponim "şah fərmanını yerinə yetirən şəxs" mənasında işlənən "yasavul" sözündən əmələ gəlib, "yasavula məxsus kənd" mənasını bildirir. Erm. SSR AS RH-nin 7 dekabr 1945-ci il tarixli qərarı ilə adı dəyişdirilərək "Hovuni" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 124).
Coğrafi koordinatları: 40°52' şm. e., 43°48' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/