Facebook Pixel Code
Zeynalağalı
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Zeynalağalı - İrəvan quberniyasının Novo- Bəyazid qəzasında, keçmiş Sevan rayonunda, indi Geğarkunik vilayətində kənd. Vilayət mərkə­zi Qavar (Kəvər) şəhərindən 25 km şimal-qərbdə, dəniz səviyyəsindən 1925 m hündürlükdə yerlə­şir. Kənddə 1831-ci ildə 45, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır (415, s. 16-17, 100-101). 1840-cı illərdə kəndə ruslar, 1918-ci ildə ermə­nilər yerləşdirilmişdir. XX əsrin əvvəllərində azər­baycanlılar erməni silahlıları tərəfindən kənddən qovulmuşdur. Toponim "Zeynalağa" şəxs adına mənsubluq bildirən "-lı" şəkilçisinin artırılması ilə düzəlib, "Zeynalağaya mənsub yer, kənd" demək­dir. 1850-ci illərdə kəndin adı dəyişdirilərək "Aleksandrovka" qoyulmuşdur. Erm. SSR AS RH-nin 22 fevral 1939-cu il tarixli qərarı ilə kəndin adı ikin­ci dəfə dəyişdirilərək "Çkalovka" adlandırılmışdır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgü­sü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qa­nuna əsasən, Geğarkunik vilayətinin inzibati əra­zisinə daxil edilmişdir (416, s. 165).

Coğrafi koordinatları: 40°30' şm. e., 44°57' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow