Facebook Pixel Code
Muncuqlu
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

 Muncuqlu - İrəvan quberniyasının Alek- sandropol qəzasında, keçmiş Araqats (Alagöz) rayonunda, indi Araqatsotn vilayətində kənd. Araqats (Alagöz) yaşayış məntəqəsindən 17 km məsafədə, Kəmərdağ silsiləsinin ətəyində yer­ləşir. 1972-ci ilə kimi keçmiş Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə keç­miş Araqats (Alagöz) rayonu yaradıldıqdan son­ra həmin rayonun inzibati-ərazi bölgüsünə daxil edilmişdir. "İrəvan əyalətinin icmal dəftəri"ndə (143, s. 111), Qafqazın 5 verstlik xəritəsində (348, s. 179) "Muncuqlu" formasında qeyd edilmişdir (Сборник сведений о Кавказе, т. V, Тифлис, 1879, №1180; 415, s. 4). Ədirnə müqaviləsinə (1829) əsasən, ermənilərin İrəvan xanlığının əra­zisinə köçürülüb məskunlaşdırılmasından sonra kənddə yaşayan azərbaycanlılar Türkiyəyə köç etmişlər. Toponim "muncuqlu" nəsil adı əsasın­da əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 15 iyul 1946-cı il tarixli qərarı ilə kəndin adı dəyişdi­rilərək "Tsilkar" qoyulmuşdur. "Ermənistan Res­publikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 133).

Coğrafi koordinatları: 40°43' şm. e., 44°12' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow