Facebook Pixel Code
Şabran
Baxış sayı:
  • Ünvan:
    Şabran, AZ1700
Avtobus

İnzibati mərkəzi Şabran şəhəridir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə rayon Şabran rayonu adlandırılmışdır. Şabran rayonu Bakıdan şimalda yerləşir. Rayonun ərazisi şərq tərəfdən Xəzər dənizinin sahillərinə qovuşur. Relyefi çox müxtəlifdir. Dəniz sahillərindən başlanan düzənliklər tədricən təpəliklərə, daha sonra meşələrə, qayalara və dağlara çevrilir. Meşələrin sahəsi 21500 hektardır. Liman gölü bu rayonun ərazisindədir. Əsası V əsrdə qoyulmuş Şabran şəhər yeri dünyanın ən mühüm tarixi abidələri sırasına daxil edilmişdir. Rayonda tarixi-arxeoloji abidələr sayılan qədim şəhər yerləri var. Padar kəndindəki "Gülüstani – İrəm" və Şahnəzərli kəndindəki Şabran şəhər yerləri daha çox məşhurdur.

INSTAGRAM
posts
followers
Follow