Şərur rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Şimalda və şimal-şərqdə Ermənistan Respublikası, cənubda və cənub-qərbdə İranla həmsərhəddir. Ərazisinin şimalı və şərqi dağ relyefinə malikdir. Dərələyəz dağ sistemi buradan keçir. Ərazisi 811,14 km2 . Rayonda 1 şəhər, 65 kənd yaşayış məntəqəsi var. Mərkəzi Şərur şəhəridir. Burada olan tarixi abidələr Araz və Arpaçay sahilləri boyunca bürünc dövrünə aid qədim yaşayış məskənləri ilə təmsil olunur. Qazma mağarasında mustye dövrünə aid daş və obsidian əmək alətləri, Şahtaxtı yaşayış məskənində zövqlə işlənmiş bəzəkli saxsı qab nümunələri aşkar edilmişdir.