Facebook Pixel Code
Gümrü
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Gümrü - İrəvan quberniyasının Aleksandro- pol qəzasında kənd. İndi Ermənistan adlanan respublikada şəhər. Şörəyel bölgəsində, İrəvan şəhərindən 135 km məsafədə, dəniz səviyyəsin¬dən 1550 m hündürlükdə yerləşir. İrəvan xanlığının Şörəyel sultanlığına daxil olan bu coğrafi ərazi 1804-cü ildə rus qoşunları tərəfindən işğal olunmuşdur. 20 oktyabr 1805-ci ildə general Sisianovla Şörəyel sultanı Budaq sultan arasında imzalanan müqaviləyə əsasən, çar Rusiyasına ilhaq olunmuş və Pəmbək-Şörəyel distansiyasına daxil edilmişdir. Gülüstan müqaviləsi (1813) ilə həmişəlik olaraq Rusiyanın tabeçiliyinə keçmişdir. Türkmənçay müqaviləsinin (1828) imzalan-masından sonra Türkiyədən kütləvi surətdə ermənilər köçürülüb gətirilmiş, yerli azərbaycanlılar deportasiya edilmiş və demoqrafik vəziyyət ermənilərin xeyrinə dəyişmişdir. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftərində "Şüregel livasında (sancağında) Gümrü kəndi" adında (143, s. 124), "Əkinçi" qəzetində "Gömrü" formasında (№2, 5 avqust 1875) qeyd edilmişdir. 1831-ci ildə 250, 1873-cü ildə 604, 1897-ci ildə 1263 nəfər azərbaycanlı yaşamışdır (415, s. 23, 94-95). 1918-ci ildə ermənilərin şəhərdə törətdikləri qırğınlar nəticəsində azər¬baycanlılar tarixi torpaqlarından deportasiya olunmuşlar. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra şəhərin azərbaycanlı əhalisinin az bir qismi ata-baba torpaqlarına dönə bilmişlər. Burada 1922-ci ildə 47, 1926-cı ildə 54, 1931-ci ildə 116 nəfər azərbaycanlı yaşamışdır (415, s. 23, 94-95). 1988-ci ildə azərbaycanlılar Gümrüdən tamamilə qovulmuşdur. Hazırda orada yalnız ermənilər yaşayır. Toponim qədim türk mənşəli "kimmer" etnonimindən (377, s. 469; 245, s. 33-34; 287, s. 317- 318) əmələ gəlmişdir. Oykonimin adı 1837-ci ildə dəyişdirilərək Rusiya çarı Aleksandrın şərəfinə Aleksandropol qoyulmuşdur. Yaşayış məntəqəsinin adı Erm. SSR Mərkəzi İcraiyyə Komitə¬sinin 1924-cü il tarixli qərarı ilə dəyişdirilərək "Leninakan" qoyulmuşdur. Erm. SSR AS RH-nin 3 aprel 1991-ci il tarixli qərarı ilə yenidən dəyişdirilərək tarixi adı bərpa edilmiş və ilkin adına uyğun olaraq "Kumayri" ("Gümrü" sözünün erməni dilinin qaydalarına uyğunlaşdırılmış formasıdır), Ermənistan prezidentinin 13 mart 1992-ci il tarixli fərmanı ilə adı təkrar dəyişdirilərək "Gyümri" adlandırılmışdır. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqın¬da" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 60).

Coğrafi koordinatları: 40°47' şm. e., 43°50' ş. u.

 

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow