Facebook Pixel Code
Şirvan
Baxış sayı:
  • Ünvan:
    Şirvan, AZ1800
Avtobus

Kür ovalığının şərqində, Kür çayının sol sahilində yerləşən gənc Şirvan şəhəri 1954-cü ildə Kürovdağ neft yataqlarının kəşf edilməsi ilə əlaqədar salınmışdır.  Şirvan 1954-cü ildə şəhər status almışdır. Onun ərazisi 30 kv. km-dir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. 2010-cu ilədək şəhərin adı Əli-Bayramlı olmuşdur. Şirvan Kür çayının sol sahilində, Şirvan düzündə, nəqliyyat qovşağında yerləşir. Şəhərdə Avropada ən böyük açıq tipli Şirvan DRES-i fəaliyyət göstərir. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın qədimdən mövcud olmasını sübut edir. Şirvanın iqlimi şəraiti yarımsəhra iqliminə uyğundur. Şirvan şəhərinin yerləşdiyi ərazidə vaxtilə karvan yolları keçirdi. Şhərdən 2 km aralıda, Mişovdağın aşağı hissəsində aparılmış arxeoloji qazıntılar zamanı XIV əsrə aid şəhər yerinin xarabaları aşkar edilmişdir. Həmin şəhərdəki sənətkarlar məhəlləsində 12 dulusçu sobası çox yaxşı vəziyyətdə qalmışdır. Burada müxtəlif məişət və bəzək əşyaları da tapılmışdır. Xalq sənətlərindən xalçaçılıq, daş üzərində oyma və zərgərlik sənətləri qorunub saxlanmışdır.

INSTAGRAM
posts
followers
Follow