Facebook Pixel Code
Xaçmaz
Baxış sayı:
  • Ünvan:
    Xaçmaz, AZ2700
Avtobus

Xaçmaz rayon Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Samur-Dəvəçi ovalığının bir hissəsi bu rayonun ərazisinə aiddir.  Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xaçmaz rayonu 1930-cu ildə yaradılmışdır. Belə güman edirlər ki, Xaçmaz adı vaxtilə bu ərazidə yaşamış və mübariz Hunn qəbilələri birliyinə daxil olmuş xaçmataka (xeçmatek) qəbiləsinin adından əmələ gəlmişdir. Sonradan bu ad transformasiyaya uğramışdır. VII əsrin ortalarından başlayaraq, mənbələrdə Xaçmaz şəklində rast gəlinir. Xaçmaz rayonu şimaldan Rusiya ilə həmsərhəddir. Rayon ərazisində magistral avtomobil yolu və Bakı-Moskva dəmir yolu keçir. Rayon ərazisinin 20.800 hektarı meşələrlə örtülmüşdür. Xaçmazın iqlimi mülayimdir. Burada termal və mineral su bulaqları vardır. Xaçmazda ovçuluq və balıqçılıq üçün yaxşı şərait var, Ovçular Cəmiyyəti fəaliyyət göstərir. «Gülalan gölü» qoruğu bu Cəmiyyətin nəzdindədir.

INSTAGRAM
posts
followers
Follow