Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Ərazisi 191,82 kvadrat kilometdir. Naxçıvandan Bakıyadək olan məsafə 536 kilometrdir. Azərbaycanın ən qədim şəhərlərindəndir. İri sənaye, elm və mədəniyyət mərkəzi, mühüm dəmir yolu və avtomobil nəqliyyatı qovşağında yerləşir. Beynəlxalq Hava Limanı vardır. Naxçıvan şəhəri Naxçıvan düzündə, Naxçıvançayın sahilindədir. İqlimi kontinentaldır. Orta temperatur yanvarda - 3,80C , iyulda 26,90C, illik yağıntı 236 mm-dir.