Facebook Pixel Code
Naftalan
Baxış sayı:
  • Ünvan:
    Naftalan, AZ4600
Avtobus

1967-ci ilə qədər Naftalan şəhəri Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. 1967-ci ilin 28 aprelində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 48 nömrəli Qərarı ilə Naftalana Respublika tabeli şəhər statusu verilmişdir. Naftalan şəhəri 1 şəhər 2 kənddən (Qaşaltı-Qaraqoyunlu və Qasımbəyli) ibarətdir. Naftalan adının etimologiyası "süzülən" və ya "axıb gedən" mənasını verən "nafta" sözündəndir. Midiyalılar yağı bu cür adlandırırdılar. Naftalan barədə hələ XI əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi özünün yazdığı Xəmsə əsərində yazmışdı. Naftalan şəhərinin iqtisadiyyatının əsasını Sanatoriya-Kurort infrastrukturu təşkil edir. Naftalan kurortu 1933-cü ildən fəaliyyət göstərir. Naftalan kurortu 1933-cü ildən fəaliyyət göstərir. Şəhərin ərazisi 31 may 2010-cu il tarixə kimi 879.82 hektar olmuşdur. Lakin kurort zonasını genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının Goranboy rayon və Naftalan şəhərinin inzibati ərazi vahidlərində qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 31 may 2010-cu il tarixli Qanununun tətbiq edilməsi barədə imzaladığı 10 iyun 2010-cu il tarixli 958 nömrəli Sərəncama əsasən Goranboy rayonunun inzibati ərazisindən 2692.81 hektar torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazi vahidinə daxil edilmiş və şəhərin ümumi sahəsi 3572.62 hektar olmuşdur. Eləcə də 1965-ci ildə Naftalan şəhərində Elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Azərbaycanda Naftalan neftinin öyrənilməsində Y.Q. Məmmədəliyevin, professorlar T.H. Paşayevin, S.Ə. Quliyevanın və tibb elmləri doktoru T.H. Hüseynovun böyük xidmətləri olmuşdur.

INSTAGRAM
posts
followers
Follow