Facebook Pixel Code
Tovuz
Baxış sayı:
  • Ünvan:
    Tovuz, AZ6000
Avtobus

Azərbaycanın qərbində yerləşən Tovuz rayonu Gürcüstan və Ermənistanla həmsərhəddir. Rayonun inzibati mərkəzi Tovuz şəhəridir. Rayonun ərazisi Kür çayı hövzəsinə daxildir. İqlimi – quru subtropik iqlimdir. . Rayondakı meşələrin sahəsi 32.000 hektardır. Qədim türk yazılı mənbələrinə görə bu şəhərin adı Oğuz, Toğuz türkdilli qəbilələrin adından yaranmışdır. Tovuz rayonun ərazisində Yanıxlı kəndində XVII əsrə aid körpü, məscid və məqbərə, Tovuz çayı üzərində X əsrdə tikilmiş körpü, Tovuz şəhərində karvansaray xarabalıqları, kəhriz XIX əsrdə tikilmiş yaşayış binaları və su qülləsi, Əlibəyli kəndində VII əsrə aid Koroğlu qülləsi, Qazqulu kəndində səkkizüzlü məqbərə, XIX əsrdə tikilmiş qalanın xarabalıqları və XVII əsrdə tikilmiş Şah Abbas məscidi kimi tarixi abidələr var. Bundan əlavə, arxeoloqlar bu rayonun ərazisində daş və dəmir dövrünə aid olan ərazidə insan yaşamasını təsdiq edən əşyalar aşkar etmişlər.

INSTAGRAM
posts
followers
Follow