Facebook Pixel Code
Masallı
Baxış sayı:
  • Ünvan:
    Masallı, AZ4400
Avtobus

Masallı rayonu Bakıdan cənuba – Lənkəran və İrana gedən əsas yol boyunca yerləşən kənd təsərrüfatı rayonudur. Antik dövrdə bu ərazi Manna və Atropatena dövlətlərinə məxsus olmuşdur. XVIII əsrin ortalarından etibarən Masallı Talış xanlığının tərkibinə daxil olmuşdur. Rayon bir tərəfdən Xəzər dənizi ilə, digər tərəfdən Talış dağları ilə əhatə olunmuşdur. Relyefinə görə bu rayonu şərti olaraq, dağlıq və düzənlik hissələrə bölmək olar. Zəngin bitki aləminə malik olan bu diyarda təşkil edilmiş Qəriblər və Yenikənd meşə təsərrüfatlarında fıstıq, vələs, dəmirağacı, qızılağac, palıd və başaq qiymətli ağac növləri qorunub saxlanılır. Masallı rayonlararası Ovçuluq Cəmiyyətindən müvafiq razılıq almaqla Qırmızıkənd ovçuluq təsərrüfatında meşə heyvanlarını və quşlarını, «Qızılağac» qoruğuna yaxın ərazidə isə su quşlarını, tülkü, qaban, porsuq, canavar və başqa heyvanları ovlamaq olar. Masallı tarixinin güzgüsü 1952-ci ildən rayonun Hişkədərə kəndində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyidir. Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar, məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeloji, qalanları isə XX əsr abidələridir.

INSTAGRAM
posts
followers
Follow