Facebook Pixel Code
Zərdab
Baxış sayı:
  • Ünvan:
    Zərdab, AZ6300
Avtobus

İnzibati-ərazi vahidi kimi Zərdab Aran iqtisadi rayonunun tərkibində, Mərkəzi-Aranda, Şirvan düzündə yerləşir. İnzibati mərkəzi Zərdab şəhəridir. Rayon mərkəzi dəniz səviyyəsindən 11 metr aşağıda yerləşmişdir. Qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi xarakterikdir (bu iqlimə quru subtropik iqlim də deyilir). Boz-çəmən torpaqları yayılmışdır. Kür çayı boyunca Tuqay meşələri uzanır. Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq təşkil edir. Zərdab ərazisində tapılmış (təsərrüfat işləri ilə əlaqədar şum aparılarkən) şirli və şirsiz məişət əşyalarının, qab-qacaqların qalıqları bu ərazinin arxeoloji cəhətdən geniş tədqiq edilməsi zərurətini yaradır.  İbtidai icma quruluşunun Tunc dövrü mərhələsində insanların daha geniş ərazilərə yayılması, yaşayış yerlərinin çox zaman çay kənarlarında salınması bunu deməyə əsas verir ki, Zərdab ərazisində insanlar tunc dövründən başlayaraq yaşamışlar. Təsadüfi deyil ki, Erkən Tunc dövrü (e.ə.IV minilliyin ikinci yarısından başlayaraq – e.ə. III minilliyin sonuna qədər davam etmişdir) Azərbaycanda Kür-Araz mədəniyyəti adlanır. Bu dövrə aid arxeoloji nümunələr daha çox bu ərazilərdə aşkar edilmişdir. XX yüzilliyin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və kefiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qədim bəzək, məişət və mədəniyyət əşyaları üzə çıxdı və indi bunların bir çox nümunələri Zərdab tarix-diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir. Zərdab rayonunun Dəli Quşçu kəndi ərazisində kütləvi qəbristanlıqlar - Ağtəpə adlanan kurqan bu gün də mövcuddur. Zərdabın Yuxarı Seyidlər kəndi yaxınlığında Qanlıca adlanan göl var. Zərdabın adına yazılı mənbələrdə ilk dəfə 1500-cü ildə rast gəlinir. Rayon Bəyimli qəsəbəsini və 40 kəndi özündə birləşdirir.

INSTAGRAM
posts
followers
Follow