Qusar rayonu Azərbaycanın şimal-şərqində yerləşir və Dağıstanla həmsərhəddir. Rayonun inzibati mərkəzi Qusar şəhəri, Xudat dəmiryol stansiyasından 35 km. aralıda yerləşir. «Qusar» sözü «hisar» qəbiləsinin adından yaranmışdır. Dağlar və vadilər diyarı olan bu rayonun ərazisindəki Bazardüzü dağı (4466 metr) Azərbaycanın ən uca nöqtəsidir. Zəngin florası ilə seçilən bu rayonun ərazisinin 20%-i meşələrlə örtülmüşdür. Urva kəndinin yaxınlığında yerləşən, sahəsi 7 hektar olan «Əlistan baba» adlı fıstıq meşəsi isə xüsusi mühafizə olunur. Şahnabat və Laza şəlaləri rayonun fəxridir.