Lənkəran rayonu Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında yerləşir. 28 iyul 1971-ci ildən respublika tabeli şəhərdir. Lənkəran rayonunun inzibati mərkəzi Lənkəran şəhəridir. Əhalinin sayı 193.700 nəfər,ərazisi 70 kv km, Bakıdan məsafsi 268 km-dir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Burada 29 min hektar sahə meşələrlə örtülmüşdür. Ərazisinin sahəsi 21.435 hektar olan Hirkan qoruğu da bu rayonda yerləşir.