Facebook Pixel Code
Əkərək
Baxış sayı:
  • Ünvan:
    0000
Avtobus

Əkərək - Yelizavetpol (Gəncə) quberniyası­nın Zəngəzur qəzasında, keçmiş Mığrı (Meğri) rayonunda, indi Sünik vilayətində kənd. Vilayət mərkəzi Qapan şəhərindən 80 km cənub- qərbdə, Araz çayının sol tərəfində, dəniz səviy­yəsindən 650 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edil­mişdir. Burada 1897-ci ildə 6, 1931-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır (415, s. 66-67, 142-143). Kənddə yaşayan azərbaycanlılar SSRİ Nazirlər Sovetinin Ermənistan ərazisindən azər­baycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalı­ğına köçürülməsi haqqında 23 dekabr 1947-cİ il tarixli qərarına əsasən, 1948-ci ildə Azərbaycana köçürülmüşdür. Hazırda kənddə ermənilər yaşa­yır. Toponim əkər (akar) türk tayfa adı (359,1 (1), s. 97) əsasında əmələ gəlmişdir. Hazırda erməni dilində rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı "Aqarak" kimi yazılır. "Ermənistan Respubli­kasının inzibati-ərazi bölgüsü haqqında" 7 no­yabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 6).

Coğrafi koordinatları: 39°12' şm. e., 46°32' ş. u.

Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/

INSTAGRAM
posts
followers
Follow