Aşağı Axta (Hrazdan) - İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Axta (Hrazdan) rayonunda şəhər, indi Kotayк vilayətinin mərkəzi. Zəngi çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s. 23) qeyd edilmişdir. Kənddə 1897-ci ildə 119 nəfər azərbaycanlı yaşamışdır (415, s. 16-17). XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar kənddən qovulmuş və kənd ermənilərin yaşayış məntəqəsinə çevrilmişdir. 1926-cı ildə kənddə cəmi 3 nəfər azərbaycanlı yaşamış (415, s. 16-17) və sonralar onlar da qovulmuşlar. Toponim fərqləndirmə mənasını bildirən "aşağı" sözü ilə padar türk tayfasının bir qolunu təşkil edən "axta" etnoniminin (286, s. 57) birləşməsindən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 30 iyun 1959-cu il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək Hrazdan qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli yeni Qanuna əsasən, Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir (416, s. 88).
Coğrafi koordinatları: 40°30' şm. e., 44°46' ş. u.
Ədəbiyyat:
1. İ.Bayramov, N.Mustafa Həqiqətin Onomastikasi, İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırılması 2021
2. Əziz Ələkbərli Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımı 2010
3. Əziz Ələkbərli Qərbi Azərbaycan abidələri 2007
4. Əziz Ələkbərli Qərbi Azərbaycanda soyqırımına məruz qalmış Toponimlərimiz
5. https://erevangala500.com/