Facebook Pixel Code
Ağdaş
Baxış sayı:
  • Ünvan:
    Ağdaş, AZ0300
Avtobus

Ağdaş rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Rayonun inzibati mərkəzi XVI əsrdə salınmış, 1900-cu ildən şəhər statusu daşıyan Ağdaş şəhəridir. Düzənlik hissədə Antropogen, dağlıq hissədə isə Neogen çöküntüləri yayılmışdır. Ərazisində gil çıxarılır. Rayonun ərazisindən Türyançay, cənub-qərb sərhədi boyu isə Kür çayı axır. Kür çayı sahilində tuqay meşələri, rayonun şimal hissəsində (Türyançay Dövlət Təbiət Qoruğunda) ardıc və saqqız ağaclarından ibarət seyrək arid meşələr vardır.  Rayonun ərazisindən Bakı-Tiflis, Bakı-Qəbələ dəmir yolu, Bakı-Qazax şosse yolu, Mingəçevir-Bakı elektrik ötürmə xətti keçir. Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi.  Təbii iqlim və torpaq şəraiti burada qədim dövrlərdən əkinçilik və maldarlığın yüksək inkişafı üçün əlverişli imkan və şərait yaratmışdır. Tarixən bu yerlərdə yüksək keyfiyyətli taxıl becərilmiş, meyvə yetişdirilmiş, ipəkçilik, sonralar isə pambıqçılıq geniş yayılmışdı. Ağdaşda orta əsrlərə aid tarixi abidələr, qala və müdafiə tikililərinin qalıqları var. Bunlardan ən mühümü XVIII əsrə aid edilən Surxay qalasıdır. Bu qala Türyançay dərəsi ilə Göyçay dərəsi arasında Kukəl kəndi yaxınlığında yerləşir.

INSTAGRAM
posts
followers
Follow