Biləsuvar rayonunun ərazisi Muğan düzünün cənub-qərb və cənub hissəsini tutur. Biləsuvar adının mənşəyi barədə müxtəlif fərziyyələr mövcuddur. Bir fərziyyəyə görə bu ərazi "bilyər" və "suvar" adlı iki qəbilənin cəmləşib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer olmuş və həmin qəbilələrin adlarının birləşməsi yolu ilə buraya ad verilmişdir. Başqa bir fərziyyəyə görə isə Biləsuvar sözu "burada su var" sözlərinin transformasiyaya uğramış şəklidir. Şəhərin tarixini xatırlayarkən belə də izah etmək olar ki, Biləsuvar toponimi "atlı əsgərlərin və çaparların keçid yeri" mənasını verir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur. SSRİ dövləti dağıldıqdan sonra 7 fevral 1991-ci ildən onun tarixi adı özünə qaytarılaraq Biləsuvar adlandırılmışdır.Biləsuvar pambıqçılıqla yanaşı taxılçılıq və heyvandarlıq da mühüm yer tutur.