Facebook Pixel Code
Balakən
Baxış sayı:
  • Ünvan:
    Balakən, AZ0800
Avtobus

Balakən rayonu inzibati vahid kimi 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Respublikanın ən şimal-qərb hissəsində yerləşən Balakən rayonu qərbdə Gürcüstanla həmsərhəddir. «Balakən» sözünün hərfi mənası «kiçik kənd» deməkdir. Rayon ərazisinin təqribən yarısı dağlıq ərazidə, qalan hissəsi düzənlik ərazidə yerləşir. Rayonda çoxlu dağ çayları, Katex dağının yaxınlığında göl var. Rayonun şimalındakı dağlıq hissə soyuq iqlimə, düzənlik hissə mülayim iqlimə malikdir. Burada il üzrə orta rütubət səviyyəsi 41%, orta aylıq temperatur +13°С-dir. Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini "Məbədlər diyarı" adlandırmışdır. Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar Balakənin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir. Balakən rayonu Azərbaycanın əsrarəngiz təbiətə, böyük rekreasiya-turizm resurslarına malik rayonlarından biridir. Rayon gəzməli, görməli yerlərlə zəngindir. Katexçay şəlaləsi, İmambulaq, Arılıq, Qaraçay-Razvedka, Mazımqara, Mirovoy Voda, Şərif kəndində Bağman Bulağı və s. belə yerlərdəndir. Bu rayonda 30-dan çox dərman bitkisi yetişir. Zaqatala qoruğunun ərazisinin üçdə iki hissəsi Balakən rayonuna düşür.

INSTAGRAM
posts
followers
Follow