Facebook Pixel Code
Zaqatala
Baxış sayı:
  • Ünvan:
    Zaqatala, AZ6200
Avtobus

Zaqatala rayonu Böyük Qafqaz sıra dağlarının ətəyində Azərbaycanın şimal-qərbində yerləşir. Zaqatala inzibati rayonu isə 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Rayon şimal-qərbdə Rusiya Federasiyasının Dağıstan Respublikası ilə, qərbdə Balakən rayonu ilə, şərqdə isə Qax rayonu ilə həmsərhəddir. Rayonun şimal-şərq ərazisində dağlıq, cənub və cənub-qərb hissədə düzənlik relyef üstünlük təşkil edir. Rayon ərazisinin yarısı, əsasən dağlıq ərazilər, meşələrlə örtülmüşdür. Rayonun ərazisinin bir hissəsini 1929-cu ildə yaradılmış Zaqatala qoruğu tutur. Sahəsi 23.844 hektar olan bu qoruqda hər hansı təsərrüfat fəaliyyəti ilə məşğul olmaq qadağan edilmişdir. Lakin ekoloji turizm üçün burada münasib şərait var. Burada azərbaycanlılarla bərabər 20-dən çox xalqın nümayəndələri – avarlar, ləzgilər, tsaxurlar, ruslar, tatarlar, ingiloylar və başqaları yaşayır. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı — tütünçülük, baramaçılıq, meyvəçilik, taxılçılıq, heyvandarlıq, həmçinin kənd təsərrüfatı məhsullarının emalı təşkil edir. Rayonda mebel, tikinti, inşaat materialları, yeyinti, yüngül sənayeni inkişaf etdirmək üçün böyük potensial vardır. Rayonun ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Dövlət tərəfindən qorunan 100-ə yaxın abidə qeydə alınmışdır.

INSTAGRAM
posts
followers
Follow